Bitcoin nədir? Nə İşə yarayır? Yeni başlayanlara nə demək olduğunu izah edirik! - Pul Qazanmağın Asan Yolu - Money-Az

Yeni

loading...

Post Top Ad

loading...

2017/08/07

Bitcoin nədir? Nə İşə yarayır? Yeni başlayanlara nə demək olduğunu izah edirik!

Gələcəyin pul vahidi deyə biləcəyimiz bitcoin nədir, nə işə yarayır bilməyənlər və yeni başlayanlar üçün hazırladığımız yazıda virtual pulların nə olduğunu biləcəksiniz..

bitcoin nədir,bitkoin haqqinda melumat,bitcoin haqqında, Bitcoin,Bitcoin Azərbaycan,Bitcoin haqqinda tam melumatlar wiki,Virtual Pullar

Kağız pulun yerini alması gözlənilən və haqqında bir çox nəzəriyyə çıxarılan bitcoin, gələcəyin pul vahidi olmağa hazırlaşır. Özünü sirr kimi saxlayan yaradıcısı və sıfırdan milyoner etdiyi istifadəçiləri ilə bitcoin, hər keçən gün həyatımıza bir az daha girir. İndilərdə isə rəqəmsal dünyanın ayrılmaz bir parçası halına gəldi.
Yaxşı, nədir bu bitcoin? Nə işə yarayır? Niyə bu qədər gündəmə gəlir? Rəqəmsal bir oyundurmu, yoxsa pulun gələcəkdəki halı? Bu sualların cavabı aşağıda sizləri gözləyir.

Bitcoin Nədir?
2008-ci ildən bəri həyatımızda olan bitcoin, ən qısa halıyla virtual bir pul vahididir. Simvolu ฿ və qısaltması BTC. Kriptolu və virtual pul kimi adlarla da anılır. İlk olaraq Satoshi Nakamoto tərəfindən təcrübi olaraq başladılan; amma yaradıldıqdan bir müddət sonra məhşurlaşan yeni nəsil bir puldur.
Hər hansı bir mərkəz bankına və ya rəsmi quruluşa bağlı olmadığı üçün diqqət çəkməkdədir. Ölkələrin pul vahidləri ilə alınıb satıla. Üstəlik bunun üçün hər hansı bir vasitəçiyə xidmət haqqı ödəməyinizə gərək yoxdur. Bazarlarda Avro və ABŞ dollarına alternativ olaraq görülməyə başlanılır.

Bticoin nə işə yarayır?
Rəsmi bir quruluşa bağlı olmayan rəqəmsal pul vahidi, bəzi sektorlarda çox maraq görür. Xüsusilə ilk çıxdığı zamanlarda qanuni olmayan mövzularda bitcoin istifadəsinin yüksək olduğu bir gerçəkdir. İndi isə yeni identifikasiya sistemi sayəsində daha çox maraq görməyə başlamışdır.

Nəticədə internetin həyatımızın hər anında yanımızda olduğu bir çağda yaşayırıq. Təbii olaraq rəqəmsal pul vahidlərinin ortaya çıxması və istifadə edilməsi qədər normal bir şey ola bilməz. Məsələn; internet alveri üçün olduqca yaxşı bir variant olduğunu söyləyə bilərik.

Bitcoin  necə yarandı?
İnternetin kəşf edilməyə başlamasından bu yana virtual pul yaratmaq üçün davamlı cəhdlər edilmişdir. Amma bitcoinin çıxışı üçün ən uyğun mühit, ABŞ-da 2008-ci ildə partlayan mortgage böhranı ilə meydana gəldi. Çünki bu əsnada qlobal mənada bir durğunluq mövcud idi və Avropa iqtisadiyyatından da çatlaq səsləri gəlirdi. Bu mühit pul vahidlərinə olan etibarın azalmasına səbəb oldu. Bir mərkəz bankına və rəsmi quruluşa bağlı olmayan rəqəmsal pulun ortaya çıxması üçün ideal mühit beləcə yarandı.
Amerikan Mərkəz Bankı, böhranı sovuşdurmaq üçün yeni pul çapına başladı. Bu vəziyyət təbii olaraq dolları pis təsir etdi və dəyər itirməsinə səbəb oldu. Pul vahidlərinə olan etibarın bu şəkildə azalmasıyla insanlar yeni pul vahidi axtarışına girdi.

Virtual pul cəhdlərində ilk sınaqlarda "double spending" adlı problemlə qarşılaşıldı. Bu ikili xərcləmə mənasına gəlir yəni bir virtual pulun çoxaldılaraq iki dəfə istifadə edilməsi problemini ifadə edir. Bunun üçün məlumatın daha əvvəl istifadə edilməsinə nəzarət etmək lazım idi. Amma bunun da qəti həll olmayacağı qısa müddətdə aydın oldu.

Bu zamanlar bitcoin üçün sistemlər inkişaf etdirilməyə çoxdan başlanmışdı. Block Chain adlı kompüter şəbəkəsi kəşf edildiyində isə Double Spending problemi də həll oldu. Üstəlik heç bir mərkəzə ehtiyac qalmadan. Beləcə kriptolu virtual pul həyatımıza girmiş oldu.

Bitcoin Kim tərəfindən yaradıldı?
Satoshi Nakamoto, Yapon bir riyaziyyatçıdır, kriptoqrafiya mütəxəssisi olaraq da xatırlanan Nakamotonun bir müddət sonra yalnız bir ləqəb olduğu iddia edildi. Gerçək adın isə Craig Wright olduğu deyildi. İndilərdə isə öndə gələn istifadəçilər və proqramçılar, yaradıcının Craig Wright olduğunu təsdiq edir.


2010-cu illərə gəlindiyində bitcoin bəzi ölkələrdə qəbul edildi və istifadə edilməyə başlandı. Amma bir neçə problem yaşandı və əməliyyatlar dayandırıldı. Bu zamanlarda gerçək yaradıcı ilə əlaqədar müzakirələr də davam edirdi. BBC tərəfindən yayımlanan bir xəbərlə Craig Wrightnın gerçək yaradıcı olduğunu sübut etdi və bir neçə texniki məlumatlar paylaşıldı. Beləcə bu mövzu dəqiqləşmiş oldu.Tarixə keçəcək ilk bitcoin transferi haqqında sənədləri də yayında göstərildi. Bu şəkildə bütün müzakirələr son tapdı. 2009-ci ilin oktyabr ayında isə 1 dollar, 1,30903 BTC olaraq təyin olundu.

Bitcoin ilə İlk Gerçək Alver necə edildi?
bitcoin nədir,bitkoin haqqinda melumat,bitcoin haqqında, Bitcoin,Bitcoin Azərbaycan,Bitcoin haqqinda tam melumatlar wiki,Virtual Pullar

İlk gerçək bitcoin transferi, 2010-ci ilin May ayında reallaşdı. Floridalı bir proqramçı olan Laszlo Hanyecz, 10 min BTC xərcləyərək iki dənə pizza sifarişi verdi. O sıralarda 1 BTC, 0,003 dollara bərabər idi.

Ən böyük bitcoin axışı isə 2010-ci ilin İyul ayında MT. Gox tərəfindən başladıldı.

Bitcoin protokolunda ilk və ən böyük təhlükəsizlik problemi isə 2010-ci ilin avqust ayında yarandı. İstifadəçilər bu problemdən istifadə edərək sərhədsiz sayda rəqəmsal pul yarada bilirdilər. 15 Avqust tarixində 184 milyard BTC yaradıldı. Amma bir neçə saat ərzində vəziyyət ələ alındı və bitcoinlər silindi.

Bitcoinin dəyəri necə təyin olunur?
Bildiyiniz kimi bir malın dəyəri, ərztələbə görə müəyyən edilir. Bitcoinin dəyəri də bu şəkildə müəyyənləşdirilir. Ehtiyac və tələbi nəzərə alınaraq ərz-tələb şərtləri içində bir dəyər müəyyən edilir. Hətta "tələb artdıqda qiymət də artar" qaydası virtual pullar üçün də etibarlıdır.

Bitcoin Banknotları əvəz edə bilər mi?
Virtual pul vahidi ilə əlaqədar ən çox maraq yaradan mövzu bəlkə də budur. Bitcoin, pulların yerini ala bilərmi? sualı bir çoxları tərəfindən müzakirə edilir, rəqəmsal dövr nəzərə alınarsa bunun olması gözlənilir. Amma bunun dərhal indi və ya bir neçə il ərzində olması gözlənilmir.

Rəqəmsal pul vahidləri dünya daxilində etibar qazanmağa başladıqca rəsmi pul vahidlərinin yerini ala biləcəyi ciddi bir anlayışdır. Nağd pul istifadəsinin get-gedə azaldığı da bir gerçəkdir. İnsanların alver üçün daha çox bank kartı və digər online ödəmə sistemlərindən istifadə etməsi dövrümüzün reallığıdır və get-gedə artmaqdadır. Vəziyyət beləykən virtual pul vahidlərinin istifadəsi də artacaqdır.

Bitcoin necə yaradılır? Bitcoin Mining Nədir?
Bitcoinin nə demək olduğunu daha yaxşı anlamaq üçün istehsalından də bəhs etmək lazımdır. Bu barədə qısaca məlumat verəcəyik. Çünki daha sonrakı yazılarımızda ətraflı bəhs edəcəyik.

Bitcoin istehsalına Bitcoin Mədənçilik və ya Bitcoin Mining adı verilir. Mədənçiliyin tək vəzifəsi, müəyyən bir miqdar bitcoin istehsal etmək deyildir. Həmçinin sistemi qorumaq, sistemdəki hər-hansı bir istifadəçini sinxronlaşdırmaq üçün də istifadə edilir.

İstənilən hərkəs Bitcoin Mədənciliyi, Bitcoin Mining edə bilər. Əgər sizdə güclü bir kompüter sisteminə sahibsinizsə mədəncilik edə bilərsiniz. İstehsal üçün kompüterinizə aid güclü təchizatlara ehtiyacınız vardır. 

Bitcoin necə istifadə edilir?
Əvvəlcə virtual pul kisəsi yaradılması lazımdır. Bu virtual pul kisəsi, kompüterdə və mobil telefonunuzda yaradıla bilər. Eyni zamanda pul kisəsi kimi fəaliyyət gösdərərən web saytlar da mövcuddur Bu pul kisələri üçün bir sərhəd yoxdur və xüsusi məlumatlarınızı vermədən də istədiyiniz qədər yararlana bilərsiniz. Daha sonra da bu pul kisələri sayəsində pul göndərə, qəbul edə və alver edə bilərsiniz.

Bitcoin ilə edilən əməliyyatlarda, edilən ödəmə, ünvandan alıcı ünvanına şifrələnmiş bir şəkildə imzalanaraq göndərilir. Ayrıca hər əməliyyat blok zincirindəki yerini alır. Bu şəkildə rəqəmsal pulların birdən çox istifadəsinə maneə törədilmiş olur.

Bitcoin Etibarlı Bir Pul Vahididirmi?
Ölkəmizdə bank kartlarının isitfadəsinin belə yayılmamasını nəzərə alsaq. Bitcoinin istifadəsinə hələ hazır olmadığımızın sübutudur.

Etibarlılıq mövzusunda da müxtəlif fikirlər vardır. Bitcoinin etibarlıq cəhətdən bir çox protokolu mövcuddur. Bu protokollar daxilində edilən əməliyyatların hamısı Şifrələnir. İstifadəçilərin öz səhvləri nəticəsində yaranan (Hacklanmaq,Şifrələrin səhvən oğurlanması və.s) vəziyyətlər xaricində hər hansı bir təhlükəsizlik probleminin olmadığı deyilə bilər.

Bitcoinə İnvestisya edə bilərəmmi?
Əslinə baxsaq; bitcoinin digər investisiya vasitələrindən çox da fərqi yoxdur. Bir mərkəz bankına və ya rəsmi quruluşa aid olmaması xaricində digər investisiya vasitələri ilə eyni xüsusiyyətlərə malikdir. Çünki dəyəri, ərz-tələb kimi amillərdən asılıdır və buna görə dəyərində dəyişikliklər görünür. Bununla da siz bitcoin alıb sata bilərsiniz.

Bitcoinin irəliləyişinə baxsaq; gələcəkdə olduqca qiymətli bir hal alacağı da deyilə bilər. İnsanların etibarını qazanmasıyla birlikdə tələb artacaq və buna bağlı olaraq dəyəri də artacaqdır. Bu səbəblə də bir investisiya vasitəsi olması son dərəcə normaldır.

Bitcoinin üstünlükləri nələrdir?
İlk və ən böyük üstünlük, bir ölkənin mərkəz bankına bağlı olmaması səbəbiylə heç bir ölkə iqtisadiyyatından təsirlənməməkdədir. Beləcə mərkəz banklarının aldığı qərarlar və ya ölkə iqtisadiyyatının pis gedişatı, virtual pula elədə təsir etmir.

Anonim bir quruluş olması səbəbiylə bitcoin hesabınız, heç bir təşkilat və ya şəxs tərəfindən silinməz və ya bağlanmaz.Bir digər üstünlük isə hesab yaradılmasının olduqca asan olmasıdır. Məsələn; bankda hesabı açdırmaqdan belə daha asan olduğunu söyləyə bilərik.

Edilən göndərmə əməliyyatlarında heç bir xidmət haqqı ödənilməməsi də digər bir üstünlükdür. Ayrıca üçüncü bir adama ehtiyac qalmadan, birbaşa bitcoin transferi edə bilərsiniz. Etdiyiniz bitcoin transferləri çox qısa müddətdə sahibinə çatacaqdır.

Bitcoinin Mənfi Cəhətləri Nələrdir?
Bəlkə də ən böyük mənfi cəhəti, qeyri-qanuni pul transferi imkanı olmasıdır. Çünki göndərənin və alıcının şəxsi məlumatları gizli tutulmaqdadır. 

Bitcoinin itməsinin asan olması da mənfi cəhətlərdən biridir. Kredit kartınız və ya pulqabınız itdiyində,ziyanınız bərpa oluna bilər. Amma virtual pullar üçün hələ belə bir sistem yoxdur. Bu vəziyyətlə baş etmək üçün ala biləcəyiniz ən yaxşı tədbir isə internet əlaqəsi olmayan hard disklərdə bitcoinlərinizi saxlamaqdır.

Son olaraq, bitcoin qiymətlərinin dalğalanmalar da  mənfi cəhət ola bilər. Çünki  sürətli enişlər yarana bilər bununlada siz çoxlu pullar itirə bilərsiniz. Həmçinin sürətli yüksəlişlər də yara bilər bu zamanda siz qazanclı çıxa bilərsiniz.

İlk başda bitcoinlər böyük və kiçik müəssisələr tərəfindən qəbul görmüşdür. 2014-ci ildə Microsoft bir əməliyyat metodu olaraq rəqəmsal pul vahidi sisteminə əlavə etmişdir. Daha sonra Del, Dish Network, Overstock və kompüter hissələri istehsal edən Newegg kimi firmalar da istifadəsinə icazə vermişlər. Hətta bir ara Apple tətbiqləri belə digital pul ilə alına bilirdi

Pulun yaradılmasından bu yana, bir çox müxtəlif formalarına rast gəldik. Son illərdə PayPal kimi sistemlər ilə dünyamıza daxil edən virtual pul anlayışı, bitcoinlər ilə də çox fərqli bir ölçü qazandı. Getdikcə məşhur hala gələn bu virtual pulların dəyərləri də doğru nisbətdə artım göstərir. Tətbiq olunmağa keçildiyi tarixdən bu yana çox sürətli bir şəkildə artım göstərən bu virtual pullar haqqındakı düşüncə və şərhlərinizi bizimlə paylaşsanız sevinərik...

Hal-hazırda 1 Bitcoin 5552.13 Azn dəyərindədir. Təbiidir ki bu qiymət dəyişiklik gösdərəcəkdir. Bu qimətləri mütəmadi olaraq yeniləcəyik.

Digər yazılarımız:Jack Ma: Alibabanın qurucusunun İlham Verən Müvəffəqiyyət Hekayəsi


Hiç yorum yok:

Yorum Gönder

Post Top Ad

loading...