Universitet Tələbələri üçün Online Pul Qazanmağım Yolları - Pul Qazanmağın Asan Yolu - Money-Az
loading...

Post Top Ad

loading...

2017/08/11

Universitet Tələbələri üçün Online Pul Qazanmağım Yolları

Əziz Tələbələr! Pulsuzluq, sizin üçün də böyük bir problemdir? Ailənizin min bir çətinliyə dözərək sizə göndərdiyi pullarla çətinliklə keçinməkdən yoruldunuzmu?  Bəs pul qazanmaq üçün hansı işlə məşğul olmalıyıq? Sizin üçün Online Pul Qazanmağın Yollarını araşdırdıq.

grey10

Aşağıda görəcəyiniz üsullardan bir ya da bir neçə dənəsiylə məşğul olaraq, qısa müddət içində maddi vəziyyətinizi yaxşılaşdıra bilərsiniz. Tələbəlik illərinizi çox daha rahat bir şəkildə keçirə bilərsiniz. nəticədə; yüksək enerjinizi, zəkanızı, zamanınızı faydanıza istifadə edərək əlavə gəlir əldə edə bilərsiniz. Hətta bəlkə də əlavə pulda yığa bilərsiniz.
Qeyd: Aşağıda paylaşdığımız pul qazanmaq metodları haqqında daha ətraflı məlumat və dərslər yaxın zamanda saytımıza yerləşdriləcəkdir.

1.Virtual Assistentlik Etmək! 


grey10
Virtual assistentliyi Online olaraq da edə bilərsiniz. Bu işi etmək üçün xüsusi bir təhsil almağınıza ehtiyac olmadığını söyləyə bilərik. Adından təxmin edə biləcəyiniz kimi normal bir ofis katibinin yerinə yetirməsi lazım olan vəzifələri, online olaraq etməkdir. Yəni virtual asistenlər; e-mail yazmaq, görüşləri təyin etmək, mətn hazırlamaq kimi işləri internet üzərindən etməkdən məsul olan kəslərdir. 

2.Tərcüməçilik Etmək!

grey10
Əgər siz də yaxşı dərəcədə xarici dil bilirsinizsə; tərcümə edərək pul qazana bilərsiniz. Kitab, məqalə, film, serial və oxşar sahələrdə tərcüməçilik edə bilərsiniz. Beləliklə tərcümə edərək büdcənizi zənginləşdirə bilərsiniz.

3.Fotoşəkil Çək Sat!

grey10
İnternet üzərindən edə biləcəyiniz işlərdən bir digəri də budur! Yəni çəkdiyiniz fotoşəkillərdən pul qazana bilərsiniz. Və ya dərhal indi Fotoqrafı alıb fotoşəkil çəkməyə başlaya bilərsiniz. Həm hobbi həm də pul qazanma üsulu olaraq istifadə edə biləcəyiniz işlərdən biridir. Yaxşı, bəs çəkdiyiniz fotolarla online olaraq necə pul qazanacaqsınız? Çox sadə! Çəkdiyiniz şəkilləri fotoşəkil saytlarına qoyacaraq fotolarınızı hansısa şirkət tərəfindən seçilmədini gözləyəcəksiniz. Amma təbii bu işdə də diqqət yetirməyiniz lazım olan bəzi mövzular var. Məsələn; müəyyən bir sahəyə aid şəkillər çəkmək kimi! Ya da daha çox ehtiyac duyulan sahələrdə fotoşəkil çəkmək kimi! yəni bu işdən online pul qazanmaq üçün biraz təcrübəniz olması lazımdır.

4.Forexlə Pul Qazan!

grey10
Forexlə pul qazanmaq dedikdə qorxmağınıza gərək yoxdur. Çünki bu işin məntiqini anladığınızda internetdən pul qazanmağın nə qədər asan olduğunu siz də görəcəksiniz. Mobil telefonlarınızla bazarı izləyə və istədyiniz  mövqelərə yatırım edə bilərsiniz. Bir müddət sonra təcrübələriniz də artacaqdır. Təbii, əvvəlcə bu işin təhsilini alamalısınız. Demo hesabla əməliyyatlar edərək, təcrübənizi artıra bilərsiniz.

5.Youtube Kanalı Açmaq!

grey10
Yaxşı, Youtube Kanalı Açmaq heç düşündünüzmü? Kanalınıza qoyacağınız videolardan alacağınız reklam gəlirləriylə əlavə pul qazana bilərsiniz? Geriyə yalnız sizin yaradıcılığınız və birazda boş vaxt qalır. Yalnız bu sahədə birazca araşdırma etməyiniz və hansı videoların daha çox maraq gördüyünü araşdırmalı və ya xarici youtuberlərin etdikləri amma ölkəmizdə hələ də edilməmiş videoları hazılaya bilərsiniz.

6.Sosial Media Hesabları İdarə Etmək!

grey10
Siz də bir internet fenomeni olduğunuzu düşünürsünüz? Sosial media hesaplarınızdakı trafiki artırmaq üçün davamlı çalışır və istədiyiniz məşhurluğa çatmağa az qaldığını düşünürsünüzsə? O zaman sizə sosial media hesaplarınızdan pul qazanmağı təklif edirəm. Çünki hal-hazırda bu işdən pul qazanan çox sayda insan var! Xüsusilə də Instagramda sahib olduqları hesablardan qazanc əldə edən çox sayda insan var. İnstagramdan Pul Qazanmaq üçün məhsul və ya məkan reklamı edərək, və ya isə satış edərək üzv sayı get-gedə artan bu platformadan pul qazanır. 

7.İnternerdə Məhsul Satmaq!

grey10
Online Pul Qazanmaq üçün internetdən satış etmək işini də düşünməlisiniz. Yəni İnternet üzərindən alver edən insanların sayı hər keçən gün bir az daha artır, elə deyil mi? Siz də bu vəziyyəti lehinizə istifadə edərək Online Satış işini düşünə bilərsiniz. Təbii, əvvəlcə bunun üçün necə bir yol izləməniz lazım olduğuna qərar verməlisiniz.

Məsələn; istifadə etmədiyiniz əşyalarınızı satmaq iştəyirsiniz yoxsa ucuz qiymətə aldığınız məhsullardan kar əldə etməyi düşünəcəksiniz? Məhşur markaların endirimlərini və kampanyalarını izləyərək məhsulları ucuza alıb baha qiymətə sata bilərsiniz. Və ya əl bacarığınızıdan isitfadə edərək düzəltdiyiniz məhsullarla (aksesuarlar, bəzək məhsulları, əl işi və hörgülər ...) pul qazana bilərsiniz. 
Amerika və Avropada yayılan məhşur Online Satış üşullarından biridə DropShipping üsuludur. Sizində əlinizdə yatırım etməyə pulunuz yoxdur? Onda bu üsulladan sizdə isitfadə edə bilərsiniz. Təbii ki, bu üsuldan Online Alver Etmək yəni Online İnternetdən Məhsul Satmaq istəyənlər və bir qədər pulu olan şəxslərdə isitifadə edə bilərlər. 
grey10

Bu üsul haqqında sizlərə qısa məlumat verəcəm daha sonrakı yazılarımda bu haqda daha ətraflı yazacağam. Deməli belə, topdan məhsul satışı edən firmalar yaratdıqları sayt üzərindən məhsulları sizə təqdim edir və sizə bu məhsul haqqında ətraflı məlumat verir. Siz isə istədiyiniz məhsul və ya məhsulları öz saytınızda və ya Amazon, Alibaba, Aliexpress və.s kimi saytlarda yerləşdirərək satırsınız. Bəs bu zaman belə bir sual ortaya çıxır, saytlara yerləşdirdiyimiz məhsul satıldıqda həmin məhsulun paketlənməsi, çatdırılması ilə kim məşğul olacaq? Məhsul satıldığında sizin əlinizdə satışdan əldə edilən gəlir olur. Bu miqdardan lazım olan qədərini şirkətə ödəniş edirsiniz (məhsulun pərakəndə qiymətini) və çatdırılma ünvanını isə məhsulu sizdən alan şəxsin ünvanını qeyd edirsiniz. Bundan sonra çatdırılma və paketləməni məhsulları sizə təqdim edən şirkətlər sizin əvəzinizə edir. Və siz heç məhsula toxunmadan əlavə gəlir əldə edirsiniz. Həm şirkət qazanır həmdə siz məhsulun satışından gəlir əldə edirsiniz.

8.Yazı Yazaraq Pul Qazanmaq!

grey10
Yaxşı, sizə yazaraq pul qazana bilərsiniz desəm nə deyərsiniz? Əgər düşüncələrinizi öz cümlələrinizlə yazaraq ifadə etməyi sevirsinizsə, onda bu işi etməyi düşünməlisiniz. Təbii, yazaraq pul qazanmaq üçün əvvəlcə bu işin necə baş verdiyini bilməlisiniz. Məsələn; öz bloqunuzu aça bilərsiniz və ya redaktor ola bilərsiniz və yaxud da ödənişli məqalə yazarlığı edə bilərsiniz. Nəticədə mənim kimi öz bloqunuzu açdığınızda həmin dəqiqə pul qazana bilmirsiniz. Amma ödənişli məqalə yazarlığı və ya redaktorluq edərək dərhal pul qazanmağa başlaya bilərsiniz.

9.Web Sayt Dizayn Etmək!

grey10
Online pul qazanmaq üçün düşünəbiləcəyiniz işlərdən bir digəri də web sayt hazırlamaqdır! Hal-hazırda web dizaynçılarına olan ehtiyac hər keçən gün bir az daha artır. Web Sayta sahib olmaq şirkətlərin birinci sıraya yerləşdirdiyi məsələlərdən biridir. Siz də müxtəlif kurslara gedərək və ya saytımızda paylaşacağımız Pulsuz Web Sayt Yaratmaq adlı dərslərdən faydalanaraq bu işlə məşğul olmağa başlaya bilərsiniz. Sizində sayt yaratmağa həvəsiniz varsa onda sizdə bizim dərslərdən faydalana bilərsiniz.

Bu yazımda sizlərlə online və digər pul qazanmaq üsullarından bəhs etdim. Təbii ki, bu siyahı istənilən qədər uzadıla bilər. Digər işlərdən bir sonrakı yazılarımda bəhs edəcəyəm, bu gün isə tələbələri nəzərə alaraq işləri sıraladım. 

Əgər sizdə bu cür yazıların ardının gəlməsini və saytımıza dəstək vermək istəyirsinizsə onda məqaləni paylaşın və ya şərh yazıb fikriniz bildirin. Oxuduğunuz üçün Təşəkkürlər...

Post Top Ad