Hawking, yadplanetlilərin dünyaya mesaj göndərməsi halında buna cavab verilməməsi lazım olduğunu söylədi.
Gliese 832c adlı planetdəki həyat ehtimalından bəhs edən Hawking, 'Bir gün belə bir yerdən siqnallar almağa başlaya bilərik' şəklində danışdı.
Məşhur astrofizik, belə bir vəziyyətdə Dünyanın cavab verməsinin yaxşı fikir olmayacağını bildirdi.
Hawking, daha inkişaf etmiş bir cəmiyyətlə tanış olmağı Amerikan yerlilərinin Qərb mədəniyyəti ilə qarşılaşması ilə müqayisə etdi və 'Nəticənin yaxşı olmayacağını' dedi.
Hawking, kosmosda səyahət edəcək qədər inkişaf etmiş bir sivilizasiyanın Dünyaya gəliş məqsədinin 'sülh' olmayacağının da vurğulayır.