Blogger nədir? Sayt yaratmağın yolları - Pul Qazanmağın Asan Yolu - Money-Az

Yeni

loading...

Post Top Ad

loading...

2017/08/05

Blogger nədir? Sayt yaratmağın yolları

blogger nədir,blogger nə deməkdir,sayt acmaq,sayt yaratmaq,sayt yaratmaq proqrami,sayt acmaq ucun proqram
Blogger,qısa zaman içərisində internet üzərində son dərcə məhşur olan və maraq çəkən məzmun idarəetmə sistemləri arasında yer alır. 1999-cu ilin avqustun 23-ü Pyra Labs tərəfindən yaradılmışdır, sonradan isə google firması tərəfindən alınmışdır. Bu sistemdən gündəlik olaraq 18 milyon insan istifadə etməkdədir. İnternet texnologiyalarının inkişafı və fərqli proqramların ortaya çıxması ilə birlikdə təqdim edilən xidmətlərin daxilində çox ciddi fərqliliklər özünü göstərmişdir. Google, bildiyimiz üzrə internet texnologiyaları dediyimiz zaman bütün dünyada ağılımıza gələn ilk qurumlardan biridir. Zaman içərisində insanlara tamamilə pulsuz xidmətlər təqdim edərək bu mənada fərq yaradan Google firmasının ən böyük proyektlərindən biri olaraq Blogger sistemini göstərmək olar. Bu sistem, pulsuz olaraq təqdim edilən bir növ web sayt yaratmaq vasitəsi olaraq da bilinir.

Blogger Nədir?

Blogger sistemi, Google firması tərəfindən pulsuz olaraq təqdim edilən və inkişaf etmiş XML kod formaları ilə hazırlanmış bir Məzmun İdarəetmə Sistemi olaraq diqqətləri çəkir. Bu sistem, digər bir çox fərqli sistemlərin əksinə PHP kodlaşdırma formasını deyil XML kod formasını seçmiş və bu mənada da fərqini ortaya qoyaraq asan inkişaf etdirilə bilən bir quruluş halına gəlmişdir. Ölkəmiz daxilində son bir neçə il içərisində xüsusilə gənc bloqçular sayında ortaya çıxan  artım da ciddi mənada maraq çəkir.Blogger sistemi sayəsində artıq hər kəsin bir web saytı ola bilir. Google firmasının sistem içərisində pulsuz olaraq təqdim etdiyi tema variantlarındən istifadə edərik. Lakin bu temalar vizuallıq mənasında tam istədiyiniz kimi bir web saytı yaratmaq üçün əlverişli deyildir. Lakin müxtəlif xarici saytlarda müstəqil olaraq və ya dizayn firmalrı tərəfindən hazırlanmış daha müasir temaları tapmaq mümkündür. Bizim saytda sizlərə sayt qurmağınız üçün müxtəlif formalı, müasir görünüşlü sayt temaları paylaşacaqdır.

Blogger Nə İşə yarayır?

Blogger sistemi tamamilə pulsuz olaraq sizləri web sayt sahibi etməkdədir. Google firmasının məhsulu  olduğundan son dərəcədə etibarlı və keyfiyyətli bir sistemdir. Blogger sisteminin meydana gəlməsinin əsl məqsədi də budur. Hər kəs web sayt sahibi olsun və internet üzərində paylaşımlar edərək öz işini və ya biliyini insanlarla paylaşa bilsin .Bu sistem çox asandır sizə bloq açmaq üçün yalnız bir gmail kifayətdir.Bloggerdə sayt açmaq barədə sonrakı yazılarımızda daha ətraflı danışacağam.Blogger sistemi içərisində istədiyimiz məzmuna sahib istədiyimiz mövzunu istifadə edərək inanılmaz web saytlar yaratmaq mümkündür. Yaratdığımız web sayt daxilində müxtəlif mövzularda gündəlik və ya həftəlik paylaşımlar edə bilərik, təbiidir ki bu sizin gündəlik həyatınızla birbaşa bağlıdır. Yəni gününüzün neçə saatını bu işə ayaracaqsınız və.s. Etdiyimiz paylaşımlar bizə Googleda axtarış sıralamasında yüksəlməyimizə köməkil göstərəcəkdir. Yuxarıda qeyd etdiyim kimi Blogger bir Google xidməti və ya sistemi olduğu üçün axtarış sıralamasında digər saytlara nisbətən daha üst sıralarda çıxacayıq. Bu da yaratdığımız sayta daha çox insanların daxil olmasına və bununla da Google Adsense imkanlarından istifadə edərək sistem üzərindən gəlirlər əldə edə bilərik.
Google Adsense haqqında qısa olaraq deyə bilərəm ki, bizə internet üzərindən pul qazanmağımıza köməklik göstərən bir Google sistemidir.Daha ətraflı məlumat tezliklə paylaşılacaq. 
Bu sizinlə paylaşdığım ilk məqaləmdir

Hiç yorum yok:

Yorum Gönder

Post Top Ad

loading...