Wordpress nədir? necə istifadə edilir? - Pul Qazanmağın Asan Yolu - Money-Az

Yeni

loading...

Post Top Ad

loading...

2017/08/05

Wordpress nədir? necə istifadə edilir?

pulsuz web sayt yaratmaq, sayt acmaq isteyirem, sayt yaratmaq proqrami, web sayt hazirlamaq ucun proqram, Wordpress,
Wordpress bir Framework yəni,məzmun idarəetmə sistemidir.Matt Mullenweg tərəfindən May 27, 2003 tarixində yaradılan bu sistem zaman içərisində istifadəçilərin arasında ən populyar sistemə çevrildi. Bu gün bəzi böyük firmaların da aralarında olduğu bir çox internet saytı alt quruluşunda bu güclü sistemi istifadə edir. 

WordPress haralarda istifadə edilir?

Wordpress də Blogger sistemi kimi blog və ya sayt yaratmaq üçündür. WordPress əsas olaraq blog yazarları üçün nəzərdə tutulduğuna baxmayaraq istifadə sahəsi zamanla genişlənmiş və e-ticarət saytlarından portfolyo saytlarına qədər uzanan geniş bir yelpikdə istifadə edilə biləcək hala gəlmişdir. Əslində nəzəri olaraq hər cür web sayt konsepsiyasını WordPress ilə yarada bilərsiniz ancaq bunun üçün bir az kod  və bir azda dizayn biliyiniz olmalıdır.

WordPressin sayt quruluşu necədir?

Standart bir WordPress saytını araşdırdığınızda açılış səhifəsində ən son yazılan blog yazılarının qısa xülasələrini görərsiniz. Saytda təməl olaraq "Səhifələr" və "Yazılar" vardır. Səhifələr daha az saydadır və daha ön plana çıxarmaq istəyəcəyiniz məlumatlar üçündür (məsələn: Haqqında, Arxiv, Əlaqə və s.). Yazılar isə daha çox sayda olub məsələn blog yazıları üçün istifadə edilə bilər. Irəli səviyyə WordPress biliyi olanlar bu "Yazı" şablonlarını dəyişdirə və ya çeşitləşdirə bilər və beləcə məsələn bir video və ya foto qalereya saytı meydana gətirə bilərlər.

WordPressin faydaları nələrdir?

Əgər bir neçə səhifədən ibarət olacaq sadə bir sayt yaratmaq istəyirsinizsə bəlkə WordPress'i istifadə etmənizə gərək olmaya bilər. Məzmun İdarəetmə Sistemi demək çox sayda yazı, şəkil və bəlkə də video deməkdir. Az sayda məzmunu idarə etmək asandır amma bu sayı artdıqca sizə bir kömək şərt olacaqdır. Web sayt admini bəzən səhifə quruluşunu dəyişdirir, bəzən yazı yazır, bəzən bir şeylər yükləyir və ya silir. Bütün bunları etmək üçün WordPressdən istifadə həm çox praktik, həm də çox təsirlidir. Üstəlik siz arxa planda heç bir dəyişiklik etməsəniz belə sayt öz işini davam edəcəkdir.

WordPress niyə bu qədər məhşurdur?

WordPressin müvəffəqiyyəti kod quruluşunun effektiv olması, istifadəçi rahatlığını ön planda tutması və zaman içərisində özünə bir ekosistem yarada bilməsindədir.WordPress qurulumu ilə gələn paket içərisində iştirak edən kodlar hər ehtiyacınıza uyğun olmaya bilər. Bu zaman axtarıb tapa biləcəyiniz "Plugin" deyilən əlavələrdən istifadə edə bilərsiniz. Məsələn saytınızda Sudoku oyunu olmasını istəyirsinizsə əlavəni "Sudoku" deyə axtartdırıb bəyəndiyiniz bir əlavəni qurmaq surətiylə sayt içərisində istədiyiniz bir yerə sudoku əlavə edə bilərsiniz. Bu eynilə Playstore və ya AppStore tətbiqlərinə bənzər bir quruluşdur.

Haradan yüklənilir?

WordPress əsas olaraq İngilis dilidir və  WordPress.org adresindən yüklənə bilər. Ancaq, bir çox ölkələr olduğu kimi Wordpress'in Azərbaycan dilində də olan versiyası mövcuddur. Azərbaycanca WordPress'i yükləmək üçün az.wordpress.org saytını ziyarət edib versiyanı yükləyə bilərsiniz.
Wordpress'dən istifadə etmək üçün faylları öz saytımıza quraşdırmağımız vacib deyil.Wordpress'in saytından qeydiyyatdan keçib qismən də olsa ondan faydalana bilərsiniz.

Hiç yorum yok:

Yorum Gönder

Post Top Ad

loading...